Şamaxıda 26 km yol yenidən qurulur

  23 Avqust 2019    Oxunub : 653
Şamaxıda 26 km yol yenidən qurulur
Şamaxı rayonunun Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 115-ci kilometrindən götürən yerli əhəmiyyətli Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı yolunun uzunluğu 26,1 kilometr olmaqla IV texniki dərəcəlidir.

Layihə çərçivəsində yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılır. Tikintinin aparıldığı ərazi 250 min kvadratmetrdən çoxdur.

Şamaxı rayonunun sözügedən avtomobil yolunun yenidən qurulması ilə 5 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılacaq, yolboyu yaşayan 4 minə yaxın əhali rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcəklər.

Azvision.az

Teqlər: Yol   Təmir