20 minlik oğurluq edən dəstə ələ keçdi

20 minlik oğurluq edən dəstə ələ keçdi
  22 Avqust 2019    Oxunub:1312
Binəqədi rayonu ərazisindəki mağazaların birindən 150 ədəd avtomobil təkəri oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisindəki mağazaların birindən 20 000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti