Elektroşokerlə evə basqın edən şəxs tutulub

Elektroşokerlə evə basqın edən şəxs tutulub
  22 Avqust 2019    Oxunub:1663
Tərtər rayonu ərazisindəki evlərdən birinə qarət məqsədilə girməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birinə qarət məqsədilə girib ev sahibinə qarşı elektroşoker tətbiq edərək hadisə yerini tərk etməkdə şübhəli bilinən V.Quliyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti