Rusiyada Azərbaycanın turizm potensialı təbliğ olunacaq

Rusiyada Azərbaycanın turizm potensialı təbliğ olunacaq
  22 Avqust 2019    Oxunub:1531
Avqustun 27-dən 29-dək Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirəcək.
Dövlət Turizm Agentliyindən Azvision.az -a bildirilib ki, tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq.

Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Azvision.az


Teqlər: Turizm  





Xəbər lenti