DİN: Avtomobildə qiymətli əşyalar saxlamayın!

  DİN:  Avtomobildə qiymətli əşyalar saxlamayın!
  22 Avqust 2019    Oxunub:3024
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus “Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb.

"Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar", - deyə qeyd olunub.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti