Azərbaycan teatrına ağır itki - FOTO

  21 Avqust 2019    Oxunub : 1437
 Azərbaycan teatrına ağır itki - FOTO
Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib.
Azvision.az xəbər verir ki, iki gün əvvəl beyin insultu keçirən aktyor 60 yaşında dünyasını dəyişib.

Onunla vida mərasimi avqustun 22-i saat 11:00-da "Təzə Pir" məscidində keçiriləcək. Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.



Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1988-ci ildə oranı bitirib və həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.



1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor kimi işə qəbul olunub. Teatrda işlədiyi müddət ərzində S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, E.Sabitoğlu "Nəğməli Könül"də İnzibatçı, E.Sabitoğlu "92 dəqiqə gülüş"də Mağaza müdiri, O.Rəcəbov "Əlin cibində olsun"da oğlan, R.Mustafayev "Məsmə xala dayımdır"da Cəfərqulu, E.Sabitoğlu "Bankir adaxlı"da cangüdən, S.Fərəcov "Bir günlük siğə"də Parnok, O.Rəcəbov "Şeytanın yubileyi"ndə Səlim kimi obrazları özünəməxsuz ustalıqla canlandırıb.

Mərhum aktyor ailəli idi.

Azvision.az

Teqlər: Aktyor   Ölüm   Teatr