İşlədiyi avtoservisdən “Niva” oğurladı

  21 Avqust 2019    Oxunub : 685
İşlədiyi avtoservisdən “Niva” oğurladı
Avqustun 20-də Nərimanov rayonunun T.Şıxəliyev küçəsində yerləşən avtoservisdən “Niva” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün hadisə yerini tərk etməsi müəyyən edilib.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən avtoservisin işçisi, Saatlı rayon sakini T.Qasımov saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq