Bir gecədə 4 maşın yandı

Bir gecədə 4 maşın yandı
  21 Avqust 2019    Oxunub:2123
Salyan rayonunun Ərəbqardaşbəyli kəndində “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan başqa, Ucar rayonunun Müsüslü kəndində “ГАЗ” markalı yük avtomobilinin kabinə hissəsi, mühərriki və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Biləsuvar rayonunun Səmədabad kəndində isə "Mercedes" markalı mikroavtobusun mühərrik hissəsi və salonu qismən, Şəmkir rayonunun Mahmudlu kəndində “ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobillərin qalan hissələri yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti