Qiymətli kağızlar bazarının icmal göstəriciləri

Qiymətli kağızlar bazarının icmal göstəriciləri
  20 Avqust 2019    Oxunub:1554
Bakı Fond Birjasında (BFB) bu ilin yeddi ayında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 682 milyon 804 min 171 manat təşkil edib.
BFB-dən Azvision.az -a bildirilib ki, 2018-ci ilin müvafiq dövrü üzrə əməliyyatların həcmi 7 milyard 588 milyon 475 min 112 manat olub.

Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin ilk 7 ayına nəzərən 14,4 faiz artım qeydə alınıb.

İyul ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 371 milyon 984 min 427 manat, 2018-ci ilin eyni dövrü üzrə kapitalizasiyası 3 milyard 300 milyon 720 min 666 manat olub.
Ümumilikdə BFB-nin kapitalizasiyası yanvar-iyul aylarında 2,2 faiz artıb.

Azvision.az


Teqlər: Fond  





Xəbər lenti