Bərdədə oğurluq edən şəxslər saxlanılıb

Bərdədə oğurluq edən şəxslər saxlanılıb
  20 Avqust 2019    Oxunub:1545
Avqustun 2-də Bərdə rayon Mustafaağalı kənd sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək fermadan 1700 manat dəyərində olan iki baş iribuynuzlu heyvanın oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mustafaağalı kənd sakinləri Turab Talıbov və Rəşad Əsədzadə saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanmış heyvanlar tapılaraq sahibinə qaytarılıb.

Bundan əlavə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində rayonun Qarayusifli kəndində 800 manat dəyərində at oğurlayan Alpoud kənd sakini, əvvəllər məhkum edilmiş Fəxri Mustafayev və rayonun Şirvanlı kəndində bir ədəd “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmin kənd sakini Elşən Quliyev saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti