Jurnalistin qardaşının evi qarət olunub - FOTO

Jurnalistin qardaşının evi qarət olunub -    FOTO
  20 Avqust 2019    Oxunub:2862
Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət olunub.
Azvision.az xəbər verir ki, bu barədə jurnalist özü "Facebook" hesabında məlumat yayıb. Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, qardaşının evinə oğrular girib:

“Rayona istirahətə gedirsən və döndüyün zaman "gözəl" bir mənzərə ilə rastlaşırsan. Qardaşım Vüqar Dərziyevin evini alt-üst edib, qızıl-zinyət əşyalarını oğurlayıblar. Hazırda Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları, ekspertiza qrupu buradadır. Artıq 2-ci dəfədir qardaşımın evi qarət olunur. Qonşuların sözlərinə görə, son 3 ay ərzində artıq neçənci evdir ki, yarırlar”.





Azvision.az




Teqlər: EV   Oğurluq   Jurnalist   Binəqədi  





Xəbər lenti