4 və 8 yaşlı uşaq yol qəzasında ölüb

4 və 8 yaşlı uşaq yol qəzasında ölüb
  19 Avqust 2019    Oxunub:2156
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Arxməmmədova idarə etdiyi “Mazda” markalı avtomobili qarşıda gedən paytaxt sakini S.Cəfərovun idarə etdiyi “Shacman” markalı avtomobilə vurub.
Azvision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə S.Arxməmmədovanın sərnişini olan 8 yaşlı oğlu Ümid xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bundan başqa, Ağsu şəhəri ərazisində Şamaxı rayon sakini E.Hacıyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən Zərqava kənd sakini 4 yaşlı Nəzrin Məmmədovanı vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti