Ağırçəkili şəxsi evdən çıxarmaq üçün FHN-ni çağırdılar

  18 Avqust 2019    Oxunub : 756
Ağırçəkili şəxsi evdən çıxarmaq üçün FHN-ni çağırdılar
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzilindən çıxarılaraq aşağı endirilməsi barədə müraciət daxil olub.
Azvision.az FHN-nin saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsindən aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN