Türkiyədə 29 yaşlı azərbaycanlının meyiti tapıldı - FOTO

  16 Avqust 2019    Oxunub : 5518
Türkiyədə 29 yaşlı azərbaycanlının meyiti tapıldı - FOTO
Azərbaycan vətəndaşının Türkiyədə meyiti tapılıb.
Azvision.az xəbər verir ki, İzmir şəhərinin Konak rayonunda dənizdə kişi meyiti aşkar edilib. Məlum olub ki, həmin şəxs 29 yaşlı azərbaycanlı Rövşən Nəcəfovdur. Onun cəsədi sudan çıxarılaraq morqa yerləşdirilib.

R.Nəcəfovun hansı şəraitdə ölməsi barədə əlavə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.



Azvision.az

Teqlər: Türkiyə   İzmir   Dəniz   Meyit