Silsilə oğurluq edən şəxslər tutuldu

Silsilə oğurluq edən şəxslər tutuldu
  16 Avqust 2019    Oxunub:1543
Gəncədə silsilə oğurluqlar edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında Gəncə şəhəri ərazisində iki evdən 80 manat pul və spirtli içki, habelə bir yardımçı təsərrüfatdan iki ev quşu, bir evin həyətindən elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.İbişov Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyulun 11-də şəhər sakini C.Rüstəmova məxsus avtomobildən 20 manat pul və bankomat kartları oğurlamaqda şübhəli bilinən həmyerlisi B.Mehdiyev saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun avqustun 8-də şəhər ərazisindəki köşklərin birindən 463 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti