Bakıda oğru ev sahibini və qonağını döydü

Bakıda oğru ev sahibini və qonağını döydü
  16 Avqust 2019    Oxunub:1298
Avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb edib, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.
Azvision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Quldurluq  





Xəbər lenti