“Tatra” ilə toqquşan maşın yandı, sürücü öldü

  16 Avqust 2019    Oxunub : 713
“Tatra” ilə toqquşan maşın yandı, sürücü öldü
Avqustun 15-də saat 5 radələrində Abşeron rayonunun Çaylı kəndi ərazisində Bakı şəhər sakini Sənan Xəlili idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən, Şamaxı rayon sakini K.Musayevin idarə etdiyi “Tatra” markalı (yük) avtomobilə vurub və zərbədən “Hyundai” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə S.Xəlili hadisə yerində ölüb, mühərrikin yanar konstruksiyaları yanıb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza