Xaçmazda 4 nəfər yol qəzasında yaralanıb - FOTO

 Xaçmazda 4 nəfər yol qəzasında yaralanıb -    FOTO
  16 Avqust 2019    Oxunub:1937
Avqustun 15-i gecə saatlarında Xaçmazda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Xaçmaz-Quba yolunun rayonun Yergüc kəndi ərazisindən keçən hissəsində 40-BP-359 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil qarşıdan gələn 03-BJ-761 nömrəli “VAZ 2107” markalı nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində yaralananlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.





Azvision.az



Teqlər: Xaçmaz   Qəza  





Xəbər lenti