Avqustun 13-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini N.Ələsgərovaya zor tətbiq edib mobil telefonunu, habelə içərisində 30 manat və bankomat kartları olan pul kisəsini alıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Nəsimi rayonu 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini S.İsmayılov saxlanılıb.