Zaqatala sakini həmyerlisini döyərək öldürüb

Zaqatala sakini həmyerlisini döyərək öldürüb
  15 Avqust 2019    Oxunub:1608
Avqustun 15-də Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Telman Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində T.Hacıyevi aralarında baş vermiş münaqişə zəminində döyərək qətlə yetirən şəxsin Qandax kənd sakini, əvvəllər məhkum olunan K.Kərimov olması müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti