Şirvan sakininin çantasından avtomat çıxdı

  15 Avqust 2019    Oxunub : 603
Şirvan sakininin çantasından avtomat çıxdı
Xətai rayonu ərazisində silah-sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xətai rayonunun ərazisində Şirvan şəhər sakini N.Babayevə məxsus çantaya baxış zamanı 1 ədəd “AKM” markalı silah, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN