Polis bu qadının yaxınlarını axtarır - FOTO

Polis bu qadının yaxınlarını axtarır -    FOTO
  15 Avqust 2019    Oxunub:1560
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir qadını görərək dərhal ona yaxınlaşıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, onun üzərində heç bir sənəd olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hazırda həmin qadının yaxınları axtarılır.

Tapılan qadının əlamətləri belədir: Boyu 170 sm., arıq bədən quruluşlu, qısa ağ saçlı, gözlərinin rəngi qəhvəyidir. Tapılan zaman onun əynində uzunqol köynək və cins şalvar olub.

Şəkildəki qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 02332-5-53-56; 051-843-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti