FHN Bakıda təhlükənin qarşısını aldı

FHN Bakıda təhlükənin qarşısını aldı
  15 Avqust 2019    Oxunub:1233
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində mənzilin eyvanından su borusu asılı vəziyyətdə qalaraq bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaradıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görüb və digər təxirəsalınmaz tədbirlər həyata keçirib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti