Şadlıq evinin həyətində 2 nəfəri bıçaqladılar

 Şadlıq evinin həyətində 2 nəfəri bıçaqladılar
  15 Avqust 2019    Oxunub:2185
Binəqədi rayonunda yerləşən "Üzeyir" şadlıq evinin həyətində 2 nəfər bıçaqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma ötən gün saat 22:47-də çağırış daxil olub. Bildirilib ki, 57 yaşlı kişi sağ bazunun kəsilmiş yarası, 24 yaşlı kişi isə üzün və döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Azvision.az



Teqlər: Bıçaqlanma   Şadlıq-Evi   Xəstəxana  





Xəbər lenti