Sahibkarlar üçün seminar keçiriləcək

  14 Avqust 2019    Oxunub : 626
Sahibkarlar üçün seminar keçiriləcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkilatçılığı ilə avqustun 22-də mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçiriləcək.
KOBİA-dan Azvision.az -a bildirilib ki, məqsəd KOB subyektləri arasında müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi, alternativ maliyyə mənbələri, onların üstünlükləri, müvafiq resurslara çıxış imkanları və bu sahədə beynəlxalq təcrübə barədə sahibkarların məlumatlandırılmasıdır.

Seminarda iştirak etmək istəyən sahibkarlar müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” seminarı yazmaqla agentliyin “[email protected]” e-mail ünvanına göndərməlidirlər. Seminarda iştirak ödənişsizdir.

Azvision.az

Teqlər: KOBİA