Taxıl sahəsini yandıran şəxs cərimələndi

Taxıl sahəsini yandıran şəxs cərimələndi
  14 Avqust 2019    Oxunub:1415
Avqustun 12-də saat 21.00 radələrində Şəki rayonunun Sarıca kəndinin ərazisində 3 hektar biçilmiş taxıl sahəsində küləş yanıb, xəsarət alan olmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Bolludərə kənd sakini Əvəz Mustafayev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti