Qadının pulqabısını oğurlayan şəxs tutuldu

  14 Avqust 2019    Oxunub : 740
Qadının pulqabısını oğurlayan şəxs tutuldu
Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da 5-ci mikrorayonun ərazisində yerləşən mağazaların birində orada işləyən şəhər sakini İ.Əzimovaya məxsus içərisində 470 manat pul, qızıl bilərzik, sənəd və açarlar olan pul kisəsini oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunan R.Əliyev saxlanılıb.


Azvision.az

Teqlər: DİN   Oğurluq