Göyçayda qəza: Sürücünün oğlu təkərin altında qaldı

  14 Avqust 2019    Oxunub : 634
 Göyçayda qəza: Sürücünün oğlu təkərin altında qaldı
Avqustun 13-də saat 16 radələrində Ağsu rayonu ərazisində Göyçay rayon sakini F.Hüseynov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, həmin vaxt F.Hüseynovun sərnişini olan oğlu Süleyman hərəkətdə olan avtomobildən yıxılıb və arxa təkərin altında qaldığından ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza