Tovuzda 3 evdən oğurluq edən şəxslər tutuldu

Tovuzda 3 evdən oğurluq edən şəxslər tutuldu
  14 Avqust 2019    Oxunub:1470
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fervral-may aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, əvvəllər məhkum olunmuş 39 yaşlı Amil Məmmədov və 55 yaşlı İlqar Məmmədov rayon ərazisindəki ümumilikdə 3 evə daxil olaraq oradan küllü miqdarda qızıl-zinət,geyim əşyaları və nağd pulu oğurlayıblar.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti