Muğanlıdakı qəzada 17 yaşlı oğlan ölüb

  13 Avqust 2019    Oxunub : 1177
Muğanlıdakı qəzada 17 yaşlı oğlan ölüb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “КамАЗ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Şamaxı   Qəza