"Binə" ticarət mərkəzində anbar yanıb - Yenilənib

  13 Avqust 2019    Oxunub : 1199
 "Binə" ticarət mərkəzində anbar yanıb - Yenilənib
Fövqəladə Hallar Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti məlumat açıqlayıb.
Azvision.az nazirliyin saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09:20***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə" ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub .

Azvision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN   Yanğın