Mustafa Dənizli ilk imtahanını verəcək - VİDEO

Mustafa Dənizli ilk imtahanını verəcək - VİDEO
  04 Dekabr 2013    Oxunub:1308
“Xəzər Lənkəran”la 1,5 illik sözləşmə imzalayan Dənizli bu gün ilk imtahanını Neftçi qarşısında verəcək.
Azərbaycan Premyer Liqasında iştrak edən “Xəzər Lənkəran”ın başına keçən məşqçi Mustafa Dənizli komandasının ilk oyununa hazırlaşır. Təcrübəli məşqçi yeni komandası ilə ilk imtahanını bu gün Azerbaycan Kubokunun ikinci turunun ilk oyununda, öz meydanında “Neftçi” Bakı komandasına qarşı verəcək. AzVision.az xəbər verir ki, 1,5 illik sözləşmə imzaladığını açıqlayan Dənizli üçün cümə axşamı imza mərasimi keçiriləcək.

Qeyd edək ki, Dənizlinin çalışdırdığı “Xəzər Lənkəran” Premyer Liqada çətin günlərini yaşayır. Komanda oynadığı 15 oyunda 3 qalibiyyət, 6 bərabərlik və 6 məğlubiyyətlə 15 xala malikdir. Bu xalla “Xəzər-Lənkəran” Liqanın 10 komandası içində 8-ci yerdədir.



Teqlər:  





Xəbər lenti