Şəmkirdə iki avtomobil toqquşub

  11 Avqust 2019    Oxunub : 740
Şəmkirdə iki avtomobil toqquşub
Şəmkir rayonunun Çinarlı kəndində “ВАЗ" markalı iki minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: Qəza   FHN