Dörd evdən oğurluq edənlər tutuldu

Dörd evdən oğurluq edənlər tutuldu
  10 Avqust 2019    Oxunub:1826
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də və 6-da rayon ərazisindəki 2 evdən musiqi aləti, pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Nəzərov saxlanılıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, bundan başqa Binəqədi rayonu ərazisindəki 1 mağazadan, 2 avtomobildən, habelə 2 evin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən R.Əliyev saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti