İstifadəyə yararsız 151 kq ət aşkar edilib - FOTO

İstifadəyə yararsız 151 kq ət aşkar edilib -    FOTO
  09 Avqust 2019    Oxunub:1547
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, növbəti belə tədbirlər avqustun 9-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib.



Rayonun Birinci Nügədi kənd sakini Ə.Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 151 kiloqram ət məhsulu aşkar edilərək götürülüb. Ətlərdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   AQTA   Ət  





Xəbər lenti