Mərkəzi Bank depozit hərracı keçirəcək

Mərkəzi Bank depozit hərracı keçirəcək
  09 Avqust 2019    Oxunub:1487
Avqustun 14-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az -ın məlumatına görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək.

Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır. Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 12 gün, faiz dərəcəsi isə 6,26% - 8,24%-dir.

Azvision.az


Teqlər: Hərrac  





Xəbər lenti