23 cinayətin üstü “isti izlər”lə açılıb

   23 cinayətin üstü “isti izlər”lə açılıb
  09 Avqust 2019    Oxunub:1320
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 23 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   cinayət  





Xəbər lenti