Keçmiş məhkumdan silah-sursat götürülüb

Keçmiş məhkumdan silah-sursat götürülüb
  09 Avqust 2019    Oxunub:1386
Cəlilabad rayonunun Göytəpə şəhər sakininin evindən silah-sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Y.Məmmədovun yaşadığı Göytəpə şəhərindəki evə baxış zamanı 1 ədəd qumbara, 4 ədəd tapança patronu, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti