Xırdalan dairəsində zəncirvari qəza: 3 avtobus, 2 maşın əzildi

 Xırdalan dairəsində zəncirvari qəza:    3 avtobus, 2 maşın əzildi
  08 Avqust 2019    Oxunub:2941
Bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində zəncirvari yol- nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, hadisə ilə bağlı müvafiq araşdırma aparılıb. Zəncirvari qəzada zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata əsasən, qəza 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib.

Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də nəqliyyat vasitəsi sürüşərək "Niva" markalı avtomobilə dəyib. "Niva" isə digər minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsinin xəsarət aldığı bildirilir: "Bir daha bütün hərəkət iştirakçılarını xüsusən də sürücülərə ehtiyatlı olmağı tövsiyə edirik".

Azvision.az



Teqlər: BNA   Qəza  





Xəbər lenti