Dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb

   Dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb
  08 Avqust 2019    Oxunub:1459
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması tədbirləri davam etdirilir.
DSX-dən Azvision.az -a verilən məlumata görə, avqust 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb.

Fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Azvision.az



Teqlər: DSX  





Xəbər lenti