“Azərsu” rəhbərliyi üç rayonda qəbul keçirəcək
Qəbullar Qazax, Şəmkir və Tovuz rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Tovuz rayon sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və “[email protected]” elektron poçtu vasitəsilə müraciət edə bilərlər.
Azvision.az
Teqlər: Azərsu