Masallı rayonu ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs Bakı şəhərində ələ keçirilib.
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki bir avtomobildən ümumvətəndaşlıq pasportu, mobil telefon aksesuarı, 10 min manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səmədov Bakı şəhərində saxlanılıb.