Xalq artisti Tovuzda qəzaya düşdü - FOTOLAR

   Xalq artisti Tovuzda qəzaya düşdü -    FOTOLAR
  07 Avqust 2019    Oxunub:2880
Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb. Yol qəzası zamanı "Chery Tiggo", "Mercedes Vito" və "VAZ 2107" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır.

Qeyd edək ki, "Chery" markalı avtomobili Xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş. (APA)







Azvision.az



Teqlər: Tovuz   Xalq-artisti   Qəza  





Xəbər lenti