5 rayonda evlərin səyyar qeydiyyatı aparılacaq

5 rayonda evlərin səyyar qeydiyyatı aparılacaq
  05 Avqust 2019    Oxunub:2597
Avqustun 5-dən 9-dək Bakının 5 rayonunda istismara icazə verilən binalarda mənzillərin səyyar qeydiyyat təşkil olunacaq.
Əmlak Məsələləri Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, avqustun 5-i Nizami, 6-sı Sabunçu, 7-i Nəsimi, 8-i Xətai, 9-u isə Nərimanov rayonlarında mənzillərin dövlət qeydiyyatına alınması üzrə xidmətlər göstəriləcək.

Kampaniya Nizami rayonu üzrə 8-ci km yaşayış sahəsi, Elşən Süleymanov 158A ünvanındakı 17 mərtəbəli, 202 mənzilli binada, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki 14 mərtəbəli, 344 mənzilli binada keçiriləcək. Nəsimi rayonunda qeydiyyat xidmətləri Hənifə Ələsgərov küçəsi, 996-cı məhəllədəki 20 mərtəbəli, 71 mənzilli, Xətai rayonunda Nəcəfqulu Rəfiyev küçəsindəki 21 mərtəbəli, 183 mənzilli, Nərimanov rayonunda Ceyhun Hacıbəyli 40 ünvanındakı 18 mərtəbəli, 141 mənzilli binalarda keçiriləcək.

İstismara icazə verilən binalarda təşkil olunan səyyar kampaniyalar vətəndaşların daha rahat və sürətli formada mülkiyyət hüquqlarını həyata keçirməsinə yönəlib.

Azvision.az


Teqlər: Komitə   Əmlak  





Xəbər lenti