İki gündə cinayət törədən 59 nəfər saxlanılıb

   İki gündə cinayət törədən 59 nəfər saxlanılıb
  05 Avqust 2019    Oxunub:1397
Həfəsonu respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 47 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   cinayət  





Xəbər lenti