Sumqayıtda yol qəzası - 1 ölü, 4 yaralı

   Sumqayıtda yol qəzası -    1 ölü, 4 yaralı
  04 Avqust 2019    Oxunub:1901
Ötən gün Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunun Sumqayıt Texnologiyalar Parkının ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar iki ailənin üzvləridir. Onlar - Heydər Nağıyev (1974), Səfiyyə Nağıyeva (1976), Gülşən Nağıyeva (2006) və Əfruz İbrahimova (1957), Soltanəli İbrahimovdur (1958).

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan biri - 1957-ci il təvəllüdlü İbrahimova Əfruz Bakir qızı bu gün səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Sumqayıt   Qəza   Maşın  





Xəbər lenti