29 yaşlı oğlan dənizdə batıb

29 yaşlı oğlan dənizdə batıb
  03 Avqust 2019    Oxunub:1679
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış nəticəsində batan şəxsin meyiti Corat qəsəbəsi yaxınlığında dənizdən aşkarlanaraq sudan çıxarılıb. Onun 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Pərviz Məmmədov olduğu müəyyən edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti