Dövlət Neft Fondu 24 ton qızıl alıb

  02 Avqust 2019    Oxunub : 933
 Dövlət Neft Fondu 24 ton qızıl alıb
Dövlət Neft Fondu (ARDNF) cari ilin ikinci rübündə 24 tonadək qızıl alıb.
Azvision.az Neft Fondunun 2019-cu ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 95,47 ton olub.

İlin birinci rübünün sonuna olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 71,75 ton idi. Beləliklə də, Neft Fondu bu ilin aprel-iyun aylarında 23,72 ton qızıl alıb. Ümumilikdə, ötən ilin sonu ilə müqayisədə ARDNF cari ildə 44,52 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 10,3 faizini (ABŞ dolları portfelinin isə 4 milyard 356,4 milyon dollarlıq hissəsi) təşkil edir.

Azvision.az

Teqlər: ADRNF   Qızıl