Azərbaycanın ən məşhur filmlərinin çəkiliş meydançası - ARXİV FOTOLAR
1920-ci ildən sonra Azərbaycanda sovet kinosu erası başlayıb. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələri özündə əks etdirmələridir.
Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma olub. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlər olub.
Ümumilikdə isə 90-cı illərdə çəkilən məşhur Azərbaycan filmləri hələ də tamaşaçılar tərəfindən sevilərək izlənilir.
Azvision.az Azərbaycan Kinosu Günü münasibətilə məşhur filmlərimizin çəkiliş meydançalarından lentə alınan arxiv fotoları təqdim edir:
FOTO: Şahin Sərdarov
Azvision.az