Fəxrəddin Manafovun doğum günüdür

  02 Avqust 2019    Oxunub : 1459
Fəxrəddin Manafovun doğum günüdür
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafovun doğum günüdür.
Azvision.az xəbər verir ki, aktyorun 64 yaşı tamam olur.

Fəxrəddin Manafov 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə çəkilib.

1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülub. Aktyor bir çox filmlərdə rol alıb. Ən sevilən obrazı isə "Təhminə" filmindəki Zaurdur.

Azvision.az

Teqlər: Fəxrəddin-Manafov